EvoLift — Müasir Lift Sistemləri

Müasir memarlıq və infrastruktur layihələri üçün təhlükəsiz, davamlı və estetik lift sistemləri

Məqsədimiz yalnız texniki həll yaratmaq deyil, həm də gündəlik həyatda təhlükəsizlik, rahatlıq və prestij təmin etməkdir.

"Hər mərtəbədə təhlükəsizlik, hər yüksəlişdə etibar."

Haqqımızda

EvoLift, Azərbaycanda lift sənayesində peşəkar yanaşma, müasir texnologiya və beynəlxalq standartlara əsaslanan xidmətləri ilə seçilir. Bizim üçün hər bir layihə sadəcə texniki tapşırıq deyil – müştərinin brendinə dəyər qatan uzunmüddətli həll yoludur.

Missiyamız

İnsanların və obyektlərin hərəkətini təhlükəsiz, komfortlu və davamlı etmək.

Vizyonumuz

Azərbaycanda və regionda innovativ lift texnologiyalarında lider mövqe tutmaq.

🌍

Beynəlxalq təcrübəyə malik mütəxəssis komandası

Peşəkar yanaşma və müasir texnologiya ilə xidmət göstəririk.

Avropa keyfiyyət standartlarına cavab verən məhsullar

Beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli lift sistemləri.

🕐

24/7 dəstək və müştəri məmnuniyyətinə yönəlmiş xidmət

Fasiləsiz dəstək və müştəri tələblərinə fərdi yanaşma.

🎨

Premium obyektlərə fərdi yanaşma və dizayn uyğunluğu

Hər layihədə müştərinin tələblərinə uyğun fərdi həllər.

Xidmətlərimiz

EvoLift yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət obyektləri və sənaye müəssisələri üçün yüksək keyfiyyətli xidmətlər təqdim edir.

Lift şəkli

Lift Satışı və Quraşdırma

Hər bir layihədə müştərinin tələblərinə uyğun fərdi həllər təqdim edirik.

Eskalator şəkli

Texniki Xidmət və Servis

24/7 servis xidməti, operativ müdaxilə və planlı texniki yoxlamalarla liftlərinizin fasiləsiz işləməsini təmin edirik.

Diaqnostika və təmir

Modernizasiya və Yenilənmə

Mövcud liftlərinizi tamamilə yenidən qurmağa ehtiyac olmadan müasir texnologiya və dizayn ilə təkmilləşdiririk.

Modernləşdirmə

Ehtiyat Hissələri və Təchizat

Sertifikatlı və orijinal ehtiyat hissələri ilə təminat, həmçinin sürətli çatdırılma xidməti.

Dizayn işləri

Dizayn İşləri

Lift kabinlərinin interyeri müştərinin istəklərinə uyğun olaraq xüsusi dizaynda yığılır. Klassik üslubdan premium və futuristik konseptlərə qədər geniş seçim imkanı ilə obyektinizin üslubuna uyğun unikal həllər təqdim edirik.

Ağıllı lift sistemləri

Ağıllı Lift Sistemlərinin Quraşdırılması

Müasir texnologiyalarla təchiz olunmuş "smart" həllər: kart oxuyucu giriş sistemləri, video nəzarət və kamera inteqrasiyası, üz tanıma və biometrik təhlükəsizlik sistemləri, uzaqdan idarəetmə və monitorinq imkanları.

Pulsuz ilkin yoxlama istəyirsiniz?

Obyektiniz üçün texniki vəziyyətin qiymətləndirilməsi və servis planının hazırlanması.

Sorğu göndər

Layihələrimiz

EvoLift-in uğurla tamamladığı layihələr və müştərilərimizə təqdim etdiyimiz həllər

Yaşayış kompleksi layihəsi

Yaşayış Kompleksi

📍 Bakı,

15 mərtəbəli yaşayış kompleksində 4 yüksək sürətli lift sisteminin quraşdırılması və xüsusi interyer dizaynı. Belə layihələrin uğurla tamamlanmasını bizə həvalə edin.

4 Lift 15 Mərtəbə Xüsusi Dizayn
Ticarət mərkəzi layihəsi

Ticarət Mərkəzi

📍 Bakı,

5 mərtəbəli ticarət mərkəzində 6 eskalator və 2 yük liftinin quraşdırılması. Müasir təhlükəsizlik sistemləri ilə təchiz edilməsi.

6 Eskalator 2 Yük Lifti Smart Sistemlər
Ofis binası layihəsi

Ofis Binası "Business Center"

📍 Bakı, Xətai

Biznes mərkəzlərinin ofis binasında mövcud lift sistemlərinin modernizasiyası və ağıllı idarəetmə sistemlərinin quraşdırılması və servisi.

Modernizasiya 20 Mərtəbə Ağıllı Sistemlər
Sənaye müəssisəsi layihəsi

Sənaye Müəssisəsi "Steel Factory"

📍 Sumqayıt

Ağır sənaye şəraitində işləyən yük liftlərinin texniki xidməti və ehtiyat hissələrinin təchizatı. 24/7 dəstək xidməti.

Yük Liftləri 24/7 Dəstək Ehtiyat Hissələri

Layihənizi bizə etibar edin

Hər bir layihə üçün fərdi yanaşma və peşəkar həllər təqdim edirik

Layihə təklifi alın

Əlaqə

Bizimlə əlaqə saxlayın – layihəniz üçün ən uyğun həlləri birlikdə seçək.